Əsas səhifə > yazilarim > Gələcəyini sığorta ilə qur!

Gələcəyini sığorta ilə qur!

Sığorta, mümkün ola biləcək və konkret hadisələr nəticəsində yaranan zərərin ödənilməsini təmin edən rəsmi sosial mexanizmdir! İnglis dilində “sığorta” sözü “insurance” -“əmin olmaq” , rus dilində isə “sığorta” sözünün kökü “qorxu” -“straxovanie- strax” sözündən əmələ gəlib. Bu isə öz növbəsində insanların bu prosesə münasibətini əks etdirir. Sığorta təbiətini görə qarşılıqlıdır. Onun əsasında insanların əlverişsiz vəziyyətdə bir-birinə köməyi durur.

Azərbaycanda sığorta tarixi 1848-ci ildə Bibi-heybətdə ilk neft quyusunun qazılmasından formalaşmaga başlanıb. Azərbaycanda ilk sığorta cəmiyyəti 1894-cü ildə təsis edilmiş ” Bakı şəhərinin yanğından qarşılıqlı sığorta cəmiyyəti” olmuşdur. 1912-ci ildə Azərbaycanda 31 sığorta cəmiyyəti və agentliklər fəaliyyət göstərirdi. 21 oktyabr 1921-ci ildə Sovet Sosialist Respublikasında Azərbaycan Dövlət Sığorta idarəsi yaradıldı. 1991-ci ildə SSRİ dağıldıqdan və Müstəqil Azərbaycan Respublikası yarandıqdan sonra Dövlət Sığorta İdarəsi ləğv olundu və onun yerində yeni Dövlət Sığorta Nəzarəti yarandı.

Qeyd etdiyimiz kimi sığorta yaranan zərərin ödənilməsini təmin edir. Azərbaycan ərazisində fiziki şəxslərin əmlakının və üşüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası münasibətləri sığortası münasibətləri tənzimləyir, məcburi tələbləri müəyyən edir. Sığorta sabaha inam – müvafiq ödənişləri təmin edəcək, cərimə sanksiyalardan müdafiə, yüksək olmayan sığorta haqqı, böyük miqdarda ödənişlərin verilməsi, baş vermiş bütün itkilərin tamamən bərpa olunması imkanı verir. Maddi itkilərin kompensasiyası, ilkin həyat tərzini qorumaq imkanı yaradır. Bundan əlavə sığorta, gündəlik arxayınçılıq, sabitlik, ən əsası çətin günlərdə, yaxınlarınız və özünüzün qayğısına qalmaq imkanı yaradır.

Həyatımızda baş verən hadisələrdə sığortanın göstərilən üstünlüklərini qeyd etmək olar. Misal üçün, minik avtomobillərinin sığortasına 10 AZN ödəyib əvəzində 6000 AZN sığorta ödənişi nəzərdə tutulur. Bədbəxt hadisələrdən sığorta növü, işçilərin sağlamlığına dəyən zərər nəticəsində sığorta ödənişi verilməsi nəzərdə tutulur. Uşaqlarımızı bir çox sığorta risklərindən mühafizə etmək üçün cəmi 19 AZN ğdəməklə, 1200 AZN sığorta təminatı müəyyən edilmişdir. Evlərin və əmlakın subasma, yanğın, zəlzələ və s. hadisələrdən sığortası onların qısa müddətdə bərpa olunması və ya sığorta ödənişi verilməsi təmin olunur.

Bu cür sığorta risklərindən sığorta ödənişləri və digər sığorta növlərinin üstünlüklərindən göstərilən misallar onu göstərir ki, sığorta müasir dövrdə artıq bizim həyatımıza daxil olmuş və tam təminatlıdır!

  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir şərh yazın